Yaponiyanın qərbində koronavirusun “Britaniya” ştammı yayılıb

Yaponiyanın Kobe şəhərinin hakimiyyəti yeni koronavirus növünün “Böyük Britaniya” ştammına yoluxanların sayında artım qeydə alıb.

AzerTimes-ın məlumatına görə, bu barədə NHK televiziya kanalı xəbər verib.

Fevral ayının ilk həftəsində onların bölgədəki ümumi yoluxma sayı arasında payının 4,6%, ikinci həftəsində – 10,5%, üçüncü həftəsində – 15,2% olduğu qeyd edildi.


Bu yoluxan qrupun artması ilə əlaqədar olaraq, şəhər hakimiyyəti yeni stammının yayılmasına nəzarət etmək üçün aparılan testlərin sayını çoxaltmağa qərar verdi.