Yaponiyanın mərkəzindəki Norikura dağında qar uçqunu baş verib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat verib.
Hadisə nəticəsində ərazidə olan xizəkçilər axtarılır. Xilasetmə xidmətlərinin hazırda hadisənin təfərrüatlarını araşdırdığı qeyd olunur.