Yaponiyanın şimal-şərq sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya departamenti bildirib.
Yeraltı təkanların episentri Fukusima prefekturu yaxınlığında, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib. Bölgədə yerləşən Fukusima-1 atom elektrik stansiyasında və digər nüvə obyektlərində normadan yayınma qeydə alınmayıb.