Yaponiyanın baş naziri Fumio Kişida Hindistana gözlənilən səfəri
zamanı Ukrayna ətrafındakı vəziyyəti, həmçinin ABŞ və Avstraliya
ilə dördtərəfli əməkdaşlığı müzakirə etmək niyyətindədir.
AzerTimes-ın
məlumatına görə, bu barədə baş nazir jurnalislərə deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi xüsusi
əməliyyatı dünya düzəninin dəyişməsinə səbəb olub:
“Hind-Sakit okean regionunda status-kvonun belə birtərəfli
dəyişməsinə heç vaxt yol verilməməlidir. Səfər zamanı biz fikir
mübadiləsi aparacağıq və Ukraynadakı vəziyyətlə bağlı məsələlər
üzərində işləyəcəyik”.
F.Kişidanın sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi
ilə birlikdə Dördtərəfli Təhlükəsizlik Dialoqu çərçivəsində
əməkdaşlıq və yaxın aylarda Tokioda “Dördlük” ölkə (Yaponiya, ABŞ,
Hindistan, Avstraliya) başçıları sammitinin təşkili məsələlərini də
müzakirə edəcəklər.