Xəbər - Sədrəddin Ağcayev – Trend:
Yaponiya Azərbaycanla əməkdaşlıq etdiyi müddətdə ölkəyə 7,1 milyon dollar investisiya qoyub.
Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sədrinin birinci müavini Natiq Həsənov bazar ertəsi Bakıda keçirilən Yaponiya-Azərbaycan investisiya forumu zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi investisiyaların artırılması üçün bütün zəruri şəraiti yaradır:
“Biz ölkəmizə gələn hər bir investor üçün mövcud qanunvericilik bazası əsasında fərdi investisiya şərtləri təklif edirik. Əminəm ki, yaxın illərdə yaponiyalı iş adamları ölkəmizə investisiyaları, eləcə də qeyri-neft sahəsində ticarət dövriyyəsini artıra biləcək”.
(Tərcümə: Orxan Nəbiyev)