Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)

Yaponiyanın TET İnvestisiya şirkətinin rəhbəri Taro Savada, Direktor müavini Muneçika Tanio və MÜSİAD Azərbaycan təşkilatının İdarə Heyəti sədrinin müavini Rəşad Cabirli Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.

AzerTimes-ın məlumatına görə, komplekslə tanışlıq zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

Qonaqların nəzərinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.

Teqlər: