Xəbər - Cani Babayeva – Trend:
Yaponiyalı gimnast Kuqa Kamiyama Bakıda 28-ci Dünya Yaş Qrupu Yarışlarında 11-12 yaş qrupunda kişilər arasında batut gimnastikası üzrə fərdi proqramda 53,325 xalla birinci yeri tutub.
AzerTimes-ın məlumatına görə, ikinci yeri Belarus təmsilçisi Bajen Silin (53,210 xal), üçüncü yeri də Belaruslu gimnast Elizar Qutsev (53,065) tutub.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.