Yaponiyadakı səfirimiz Gürsel İsmayılzadəyə ağır itki üz verib.
AzerTimes xəbər verir ki, səfirin atası Qüdrət İsmayılzadə vəfat edib.
Onun hansı səbəbdən vəfat etməsi barədə məlumat verilməyib.
Qeyd edək ki, Qüdrət Seyfulla oğlu İsmayılzadə 1934-cü il 24 oktyabrda Bakı şəhərində neftçi ailəsində anadan olub. Arxeoloq, tarix elmləri doktoru, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru olub. O, 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!