Yaponiyanın İşikava əyalətində və bölgənin Noto yarımadasının sahillərində baş verən dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 64-ə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə İşikava əyalət meriyası məlumat yayıb.
Dağıntılar altında hələ də vətəndaşların qaldığı bildirilir.
Bundan əlavə, aramsız yağışlar səbəbindən də rəsmi qurumlar torpaq sürüşməsi ilə bağlı sakinlərə xəbərdarlıq edib.