Yaponiyanın Fukusima prefekturasında güclü zəlzələ səbəbindən ən
azı 1000 ev sudan məhrum qalıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə “NHK” televiziya kanalı xəbər verib.
Qeyd olunur ki, suyun verilişi bərpa edildikdən sonra da yerli
sakinlər ondan dərhal istifadə edə bilməyəcəklər, çünki su
çirklənmə baxımından yoxlanılmalıdır.
Xatırladaq ki, martın 16-dan 17-nə keçən gecə bu ərazidə 7,3 bal
gücündə güclü zəlzələ baş verib. Nəticədə ən azı 3 nəfər ölüb,
200-dən çox insan yaralanıb.