Yaponiyanın şimal-şərqində baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 124 nəfərə çatıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, xəsarət alanların əksəriyyəti Miyagi və Fukusima prefekturalarının sakinləridir.
Xatırladaq ki, bu gün Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Fukusima prefekturasının yaxınlığında yerləşib. Zəlzələdən sonra sunami təhlükəsi elan edilib.