Yaponiyada zəlzələ baş verib

Yaponiyanın mərkəzi hissəsində 4,3 bal gücündə zəlzələ baş
verib.

AzerTimes-ın Yaponiyanın Milli Metereologiya İdarəsinə istinadən
verdiyi xəbərə görə, yeraltı təkanların episentri İsikava
prefekturasında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat
verilməyib.