Yaponiyanın İşikava prefekturasının yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ əhalisi 8 min nəfərdən çox olan İşikava prefekturasının Anamizu şəhərindən 43 kilometr şimal-şərqdə qeydə alınıb. Epidemiya 10 kilometr dərinlikdə olub.
Mümkün tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.