Yaponiyanın cənub-qərbində Suvanose adasında vulkan püskürməsi olub.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin milli meteoroloji idarəsi məlumat verib.
Vulkanik aktivlik nəticəsində kraterin 1 km radiusunda iri süxur parçaları səpələnib. Meteoroloqlar təhlükə səviyyəsini beş ballıq sistemlə ikinci səviyyədən üçüncü səviyyəyə qaldırıblar. Bu səviyyəyə görə vulkana 2 kilometrdən yaxın məsafədə yaxınlaşmaq olmaz.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Adada Təxminən 80 nəfər yaşayır, yaşayış məntəqəsi vulkandan 4 km məsafədədir.