
Yaponiyanın Küsü adasında yerləşən Sakurajima vulkanı bazar günü bir neçə dəfə püskürərək havaya 4,4 km hündürlüyə qədər tüstü və kül çıxarıb.
AzerTimes xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Kül səbəbindən Kaqoşima hava limanında 30 reys ləğv edilib.
Qeyd edək ki, Sakurajima Yaponiyanın ən aktiv vulkanlarından biridir.

