Yaponiyanın Toda şəhərində bıçaqla silahlanmış şəxs polis əməkdaşlarına hücum edib.
AzerTimes-ın “NHK” telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 polis əməkdaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, hücum edən şəxs özünə xəsarətlər yetirib və hazırda xəstəxanadadır.
Faktla bağlı araşdırma aparılır, hücumun səbəbi öyrənilir.