Yaponiyada şiddətli zəlzələ – Anbaan video

Yaponiyada şiddətli zəlzələ – Anbaan video

Yaponiyanın Honsyu adasının sahillərindən 700 km-dən çox məsafədə, Sakit okeanda 6,9 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

540 km dərinlikdə meydana gələn yeraltı təkanlar Oqasavara adalarında hiss olunub. Həmçinin Tokioda da kiçik təkanlar qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Sosial şəbəkələrdə zəlzələ anının görüntüləri paylaşılıb.

Teqlər: