Ehime prefekturasında quş qripi epidemiyası səbəbindən təxminən 130 min toyuq məhv ediləcək.
Trend xəbər verir ki, bu barədə məlmuatı yerli “Kyodo” agentliyi yayıb.
Yüksək patogenli H5N1 virusuna yoluxma quşçuluq təsərrüfatlarının birində qeydə alınıb. Burada yetişdirilən bütün toyuqlar məhv ediləcək.
Fermanın ətrafında üç kilometr radiusda sanitar zona elan olunub, dezinfeksiya məntəqələri təşkil edilib.
Bu ilin payızından Yaponiyada quş qripinin mövsümi yayılması səbəbindən artıq 400 minə yaxın toyuq məhv edilib.