Yaponiyanın qərbindəki Hyoqo prefekturasında quş qripi epidemiyasının aşkarlandığı yerli fermada təxminən 155 min toyuq məhv ediləcək.
Trend bu barədə yerli KİV-lərə istinadən xəbər verir.
Bildirilir ki, prfekturada analoji tədbirlər 2020-ci ilin noyabr ayında quş qripi virusunun yayılması səbəbiylə həyata keçirilmişdir.
Daha əvvəl, yerli KİV-lər Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima prefekturasında quş qripi epidemiyasının aşkar edildiyini açıqlayıblar. Mılumata görə, bu bölgədə 10 mindən artıq quş virusa görə məhv ediləcək.