Yaponiyada qasırğa səbəbilə 22 daxili aviareys ləğv edilib

Bu gün səhər saatlarında Yaponiyanın şimal-şərq sahilinə çatan “Nepartak” qasırğası səbəbilə ölkədə 22 daxili aviareys ləğv edilib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Senday hava limanının (Miyagi prefekturası) saytında bildirilir.

Yaponiya Meteoroloji İdarəsindən bildirilib ki, ilk dəfə tropik qasırğa Miyagi prefekturası istiqamətindən ölkədən keçir. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 30 metrə çatır.


Proqnozlara əsasən, sutka ərzində ölkənin şimal-şərq bölgələrində təxminən 100 mm yağıntı olacaq. Bununla əlaqədar sürüşmə, çaylarda və su anbarlarında suyun səviyyəsinin artma təhlükəsi var.