Yaponiyada koronavirusa qarşı “Pfizer” şirkətinin istehsal etdiyi peyvəndlərdən allergik reaksiya hallarının sayı 37-yə yüksəlib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyindən bildiriblər.
Bildirilir ki, yalnız son sutka ərzində 12 nəfərdə allergik reaksiya qeydə alınıb. Onlardan 1 nəfəri 30 yaşlı kişi, digərləri isə 20-50 yaş arasında qadınlardır.
Qeyd edək ki, hazırkı dövrədək Yaponiyada 148 min nəfər koronavirusa qarşı peyvənd olunub.