Yaponiyada koronavirusun omikron ştammının XE alt növünə ilk
yoluxma faktı qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Yaponiya mətbuatı bildirib.
Qeyd olunur ki, yoluxma martın sonunda ABŞ-dan qayıtmış 30 yaşlı
qadında aşkar edilib.
Xatırladaq ki, omikronun XE alt növü rekombinant ştamm hesab
olunur və daha əvvəl qeydə alınmış BA.1 və BA.2 alt növlərinin
hibrididir.
XE ştammı ilk dəfə 2022-ci il yanvarın 19-da Böyük Britaniyada
üzə çıxıb.