Xəbər - Orxan Nəbiyev – Trend:
Yaponiyada “Lupit” qasırğası nəticəsində bir nəfər həlak, bir nəfər isə itkin düşmüş hesab edilir.
AzerTimes-ın məlumatına görə, daha 28 nəfər müxtəlif xəsarətlər alıb.
Qeyd olunur ki, Ayti prefekturasında azı 26 evə ziyan dəyib. Ümumilikdə bir neçə prefektura ərazisində 6,5 mindən çox ev işıqsız qalıb.
Hazırda qasırğanın gücünün azaldığı bildirilib.