Yaponiyada leysan yağışlara görə milyonlarla insan təxliyə olunur

Xəbər - Orxan Nəbiyev – Trend:

Yaponiyanın cənub-qərbində aramsız leysan yağışları ilə əlaqədar dörd prefekturadan 5 milyon sakinin təxliyəsi başlanılıb.

AzerTimes-ın məlumatına görə, Fukuoka, Saqa, Naqasaki və Hirosima prefekturalarında ən yüksək, beşinci dərəcəli təhlükə səviyyəsi elan edilib.

Regionda son 3 gün ərzində üçaylıq yağıntı normasının düşdüyü bildirilib.

Baş vermiş torpaq sürüşməsi nəticəsində 1 nəfər həlak olub, 2 nəfər itkin düşüb.


Yağıntıların yaxın günlərdə davam edəcəyi proqnozlaşdırılır.