Şiddətli yağışlar nəticəsində torpaq sürüşməsi və çayların daşması təhlükəsi səbəbindən Yaponiyanın qərbində ən azı 14 000 sakin evakuasiya edilir.
AzerTimes-ın məlumatına görə, bu barədə yerli NHK telekanalı məlumat verib.
Bildirilir ki, xəbərdarlığı Vakayama prefekturasının təxminən 12 min və Osaka prefekturasının 2 min sakini alıb.
Yaponiya Milli Meteoroloji İdarəsinin məlumatına görə, ölkənin bir sıra bölgələrində gün ərzində 100 ilə 200 mm arasında yağıntı düşə bilər.