Yaponiyada koronavirusa yoluxanların sayı 483 min nəfəri ötüb

Yaponiyada ötən sutka ərzində yeni növ koronavirus (COVİD-19) 2 774 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 483 304 nəfərə çatıb.

Məlumata əsasən, son sutkada Yaponiyada koronavirusdan daha 7 nəfər ölüb, ölənlərin ümumi sayı 9 236 nəfər təşkil edir.


Bildirilir ki, ölkənin 47 prefekturası arasında ən çox yoluxma halı – 122 347 – paytaxt Tokioda qeydə alınıb.