Xəbər - Orxan Nəbiyev – Trend:
Yaponiyada bugünədək koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb.
AzerTimes-ın məlumatına görə, son sutka ərzində ölkədə 15 mindən çox yeni yoluxma qeydə alınıb.
Bugünədək ölkədə koronavirusdan ölənlərin sayı isə 15,2 min nəfərə çatıb.
Qeyd edək ki, paytaxt Tokioda iyulun 12-dən etibarən epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bu səbəbdən Tokio 2020 Yay Olimpiya Oyunları tamaşaçısız keçirilir.