Yaponiyanın bir sıra prefekturalarında yağan güclü qar səbəbindən 40-a yaxın daxili reysi təxirə salınıb.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, uçuş cədvəlində dəyişikliklər əsasən Tokio, Niigata və Toyama şəhərləri arasındakı reysləri əhatə edir.
Sinoptiklər yaxın 24 saat ərzində Niiqatada 80 sm-ə qədər qar yağacağını proqnozlaşdırırlar. Naqanoda qar örtüyünün hündürlüyü 60 sm olacaq. Qarın yağması 25 m/s-ə çatan güclü küləklə müşayiət olunur.
Bununla əlaqədar müvafiq qurumlar yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.