Yaponiyada güclü qar 17 nəfərin həyatına son qoydu

Yaponiyada güclü qar 17 nəfərin həyatına son qoydu

Yaponiyada yağan güclü qar 17 nəfərin həyatına son qoyub.

AzerTimes xəbər verir ki, bu barədə “Assosayted Press” agentliyi məlumat yayıb.

Məlumata görə, əlverişsiz hava zamanı 93 nəfər xəsarət alıb. Onlarla aviareys ləğv edilib, yollarda böyük tıxaclar yaranıb, çatdırılma xidmətləri böyük fasilələrlə işləyir.

Hokkaydo adasında qar yağması səbəbindən 20 minə yaxın ev işıqsız qalıb.

Teqlər: