Yaponiyada fövqəladə vəziyyət rejimi paytaxt bölgəsi xaricində hər yerdə vaxtından əvvəl ləğv ediləcək

Yaponiya hökuməti paytaxt bölgəsi xaricində hər yerdə koronavirus səbəbindən tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv etmək niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bu barədə Yaponiyanın ictimai televiziyası bildirib.


Məlumata əsasən, söhbət qərb prefekturaları Osaka, Kioto və Hyogo, mərkəzi Ayti və Qifu, eləcə də cənub-qərb prefekturası Fukuokadan gedir.