Yaponiya əhalisinin 50 faizindən çoxu koronavirusa qarşı tam peyvənd olunub.
AzerTimes-ın məlumatına görə, bunu “NHK” telekanalının efirində Yaponiyanın iqtisadiyyatın bərpası naziri Yasutosi Nisimura deyib.
Nazir bildirib: “Mən düşünürəm ki, ikinci dozanı qəbul edənlərin sayı 50 faizi ötüb”.
Y.Nisimura qeyd edib ki, sentyabrın sonuna qədər ikinci dozanı qəbul edənlərin sayı 60 faizi ötəcək.