Yaponiyada COVİD-ə qarşı ömürlük immunitet yaradan peyvəndin sınaqları başlana bilər

Tokio Tibb Elmləri İnstitutunun bir qrup alimi insan orqanizmini koronavirusdan ömür boyu qoruyacaq peyvənd hazırlayır.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, klinik sınaqlar təxminən 2023-cü ildə başlaya bilər.

Professor Mitinori Koharanın rəhbərlik etdiyi mütəxəssislər 18-ci əsrdə ingilis həkimi Edvard Cenner tərəfindən hazırlanmış çiçək xəstəliyinə qarşı peyvəndi əsas götürüblər. Onun tərkibində insanlar üçün zərərsiz olan vaccinia virusu mövcuddur və nəticədə bəşəriyyətə ölümcül xəstəliyə qalib gəlməyə kömək edib.

Yapon dərman istehsalçısı Nobelpharma, ilkin məlumatlara görə, 2023-cü ilin birinci yarısında peyvəndin klinik sınaqlarının birinci və ikinci mərhələlərini keçirməyi planlaşdırır. Tədqiqatda koronavirusdan sağalan və peyvənd olunmuşlar da daxil olmaqla 150-200 nəfərin iştirak edəcəyi gözlənilir.

Teqlər: