“Jetstar” aviaşirkətinin Yaponiyanın Çubu hava limanına məcburi enişindən sonra bomba təhlükəsi səbəbindən ölkədə 63 reys təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə Nippon Televiziya Şəbəkəsi məlumat verib.
Məlumata görə, “Jetstar” reysi Tokio yaxınlığındakı Narita hava limanından ölkənin cənubundakı Fukuokaya uçurdu. Bundan sonra Narita hava limanına Almaniyadan zəng gəlib və baqaj bölməsinə plastik bomba qoyulması barədə xəbərdarlıq edilib. Nəticədə təyyarə Çubu hava limanına məcburi eniş edib.
Polis baqaj bölməsini yoxlayıb, lakin heç bir partlayıcı maddə aşkar edilməyib. Məcburi eniş səbəbindən uçuş-enmə zolağı 4,5 saat bağlanıb.