Ötən gün Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələ
nəticəsində azı 69 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.
AzerTimes-ın məlumatına görə, bu barədə Yaponiyanın “NHK” telekanalı
xəbər yayıb.
Zəlzələ nəticəsində ciddi dağıntılar barədə xəbər verilimr.
Fukusima və Miyaqi prefekturalarında 130 minə yaxın ev işıqsız
qalıb. Tokio da daxil olmaqla şərq prefekturalarında elektrik
enerjisinin verilişi bərpa edilib.
Xatırladaq ki, ötən gün Yaponiyada 7,3 bal gücündə zəlzələ baş
verib.