Yaponiyanın paytaxtı Tokioda naməlum şəxs avtomobilini Xarici
İşlər Nazirliyinin ərazisinə sürüb, daha sonra isə nazirliyin
binasına çırpılıb.
Trend-in
məlumatına görə, həmin şəxsi polis saxlayıb.
Saxlanılarkən o, nazirliyə vacib məlumat çatdırmalı olduğunu
iddia edib. Hazırda polis hadisənin səbəbləri ilə bağlı araşdırma
aparır.
İnsident nəticəsində xəsarət alanların olmadığı deyilir.