Yaponiyanın Saqa prefekturasında “Qenkay” atom elektrik stansiyasının ərazisində yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə stansiyanın operatoru olan “Kyushu Electric Power” şirkətindən bildiriblər.
Məlumata əsasən, yanğın təxminən 1 saat ərzində söndürülüb.
Qeyd edilir ki, yanğın stansiyanın enerji bloklarının işinə təsir etməyib.
Hazırda hadisənin səbəbi araşdırılır.