Yaponiyanın Kyusyu adasında 7,1 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Kaqosima şəhərindən 94 km şimal-şərqdə və Miyazakidən 14 km cənub-şərqdə hiss olunub.
Tələfat və dağıntı haqda məlumat yoxdur.