Yaponiyada 5,0 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi
bildirib.
Zəlzələnin episentri Sakit okeanda Amami adaları yaxınlığında,
ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami
təhlükəsi elan edilməyib.