Xəbər - Orxan Nəbiyev – Trend:
Yaxın zamanlarda dünya avtomobil bazarından ucuz elektromobillər peyda olacaq, yeni nəqliyyat növünə tələbat isə sürətlə artacaq.
AzerTimes-ın məlumatına görə, bunu Yaponiyanın “Nidec” mühərrik istehsalı şirkətinin rəhbəri Sigenobu Naqamori deyib.
O bildirib ki, Çin istehsalı olan və qiyməti 4 300 dollar təşkil “Wuling” elektromobili Çindəki satış həcminə “Tesla Model 3” avtomobillərini geridə qoyub.
Şirkət rəhbəri əlavə edib ki, yaxın gələcəkdə Yaponiya satış qiyməti 3 min dollardan az olacaq elektromobillər istehsal olunacaq. Bu avtomobillər satış həcmini indiki 90 milyondan 300 milyonadək artıra bilər.