Yaponiya yeni nəsil atom elektrik stansiyalarının inkişafı üçün addımlar atacaq.
AzerTimes xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida deyib.
Kişida artıq hökumətə yeni təhlükəsiz mexanizmlə dizayn edilmiş innovativ reaktorların hazırlanması haqda göstəriş verdiyini bildirib.
Qeyd edək ki, Yaponiya 2011-ci ildə Fukuşima qəzasından sonra nüvə stansiyalarını bağlamaq qərarına gəlmişdi.