Yaponiya və İspaniya milliləri Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə əldə edib.
AzerTimes xəbər verir ki, E qrupunun son turunda Yaponiya İspaniyaya 2-1 qalib gələrək qrup birincisi (6 xal – red.) kimi 1/8 finala yüksəlib. İspaniya isə 4 xalla qrup ikincisi olub.
Almaniya da 4 xal toplasa da, top fərqinə görə qrup mərhələsini adlaya bilməyib. Kosta Rika isə 3 xalla qrup sonuncusu olub.
Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə görüşəcək.