Yaponiya Baş naziri Fumio Kişida Çin lideri Si Szinpinlə görüşə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Görüşün bu həftə keçiriləcək ASEAN sammitdə baş tutacağı bildirilir.
Görüş zamanı ikitərəfli və regional münasibətlərdə diplomatiya imkanları, o cümlədən Tayvan boğazı ətrafındakı problemlərin dialoq yolu ilə həll variantları müzakirə ediləcək.
Qeyd edək ki, ASEAN sammiti 10-13 noyabr tarixlərində Kambocanın paytaxtı Pnompendə keçiriləcək.
Xatırladaq ki, hər iki ölkə lideri 3 illik fasilədən sonra bir araya gələcək.