Yaponiya və ABŞ maliyyə nazirləri arasında görüş keçirilə bilər

Yaponiya və ABŞ hökumətləri gələn həftə Vaşinqtonda iki ölkənin
maliyyə nazirləri arasında danışıqların keçirilməsi imkanını
nəzərdən keçirir.

AzerTimes-ın məlumatına görə, bu barədə mənbəyə istinadən “Kyodo”
agentliyi xəbər yayıb.

Bildirilib ki, bununla əlaqədar hazırda Yaponiyanın maliyyə
naziri Suniti Suzukinin ABŞ-a səfəri hazırlanır. Danışıqlar aprelin
21-i baş tuta bilər.

Məlumata əsasən, tərəflər danışıqlarda Rusiyaya qarşı
sanksiyaları, Ukraynaya yardımı və digər məsələləri müzakirə
edəcəklər.