Yaponiya vaksinasiya pasportlarının verilməsinə iyul ayında başlamağı planlaşdırır

Yaponiya hökuməti iyulun ortalarında və yaxud sonlarında yeni növ koronavirusa qarşı peyvənd olunanlar üçün vaksinasiya pasportu verilməsinə başlamaq niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bu barədə mətbuat konfransında ölkənin Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato dedi.

K.Kato bildirib ki, bu pasportların sertifikat şəklində veriləcəyi planlaşdırılır, eyni zamanda rəqəmsal formatda paylanmasının mümkünlüyünü araşdırılır:


“Tərəfdaş ölkələrlə razılaşmalar çərçivəsində koronavirusa qarşı peyvənd olunanlar üçün bəzi giriş məhdudiyyətlərini asanlaşdıracaq peyvənd pasportlarının verilməsi üçün hazırlıqlara başladıq. Bunu iyulun ortalarında və ya sonunda həyata keçirə biləcəyimizə ümid edirik.”.