Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Yaponiyada yaxın
vaxtlarda enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş
tədbirlərin müzakirəsi və hazırlanması üçün operativ qərargah işə
başlayacaq.
Trend xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Yaponiya
iqtisadiyyat, ticarət və sənaye naziri Koişi Haqiuda bildirib.
Onun sözlərinə görə, müvafiq nazirlik və idarələrin
nümayəndələrinin daxil olacağı operativ qərargahın əsas
vəzifələrindən biri enerji təchizatı məsələsində Yaponiyaya dəyən
zərəri minimuma endirmək olacaq. Nazir, həmçinin bərpa olunan
enerji mənbələrinin inkişafı və istifadəsinin
intensivləşdirilməsinin zəruriliyini vurğulayıb.