Yaponiya dünya neft bazarında qiymətlərin sabitləşdirilməsi
məqsədilə öz strateji ehtiyatlarından 15 milyon barel nefti satışa
çıxaracaq.
Trend-in
məlumatına görə, bunu ölkənin baş naziri Fumio Kisida deyib.
O bildirib ki, bu rəqəm, Yaponiyanın Beynəlxalq Enerji Agentliyi
(BEA) ilə əməkdaşlıq çərçivəsində strateji ehtiyatlardan buraxacağı
ən böyük həcm olacaq.
Qeyd edək ki, BEA üzv ölkələri öz strateji ehtiyatlarından
ümumilikdə 120 milyon barel nefti satışa çıxarmaq barədə razılıq
əldə edib. Bu həcmin yarısını, təxminən 60 milyon bareli ABŞ bazara
buraxacaq.
BEA-nın fəaliyyəti müddətində bu cür qərar dörd dəfə, 1991,
2005, 2011 və 2022-ci il martın 1-də qəbul edilib.