Xəbər - Sədrəddin Ağcayev – Trend:
Yaponiyanın “TET International Development” şirkəti Qarabağda kənd təsərrüfatı sahəsində işləməyə hazırdır.
Trend-in məlumatına görə, bunu şirkətin prezidenti Taro Savada bazar ertəsi Bakıda keçirilən Yaponiya-Azərbaycan investisiya forumu zamanı deyib.
O bildirib ki, Qarabağın azad edilməsi ilə sahibkarlıq fəaliyyəti üçün yeni istiqamətlər meydana çıxıb: “Biz bu regiona maksimum sayda investisiya cəlb etməyə hazırıq”.
(Tərcümə: Orxan Nəbiyev)