Yaponiya hakimiyyəti növbəti raket buraxılışı ilə əlaqədar Koreya Xalq Demokratik Respublikasına etiraz edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
“Ballistik raketlərin buraxılması BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur. Bununla bağlı Şimali Koreyaya etiraz bildirilib”, – Matsuno qeyd edib.
Onun sözlərinə görə, mütəxəssislər hələlik təfərrüatları araşdırarkən, lakin adi ballistik trayektoriyanı nəzərə alaraq, raketin maksimal hündürlüyü təxminən 2 min kilometr olub. Mərmi təxminən 800 kilometr məsafə qət edib.