Yaponiya sərhədlərini bağladı

Yaponiya hökuməti ölkəyə girişi müvəqqəti olaraq bağlayır.

Yenicag.az xəbər verir ki, bir sıra ölkələrdə koronavirusun yeni ştamı aşkar olunduğu üçün hökumət dekabrın 28-dən gələn il yanvarın 31-dək xaricdən ölkə ərazisinə girişi dayandırmaq barədə qərar çıxarıb.

Qeyd edək ki, indiyədək Yaponiyada COVID-19 virusuna 218 385 nəfər yoluxub, bunlardan 3 052 nəfər ölüb, 180 032 nəfər isə sağalıb.

www.yenicag.az

Teqlər: