Yaponiyanın Honsü adası sahillərində 5 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hatixone şəhərindən 78 kilometr cənub-şərqdə, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.